PSJ-də ciddi itki – Usman Dembele sıradan çıxıb
PSJ klubunun liderlərindən Usman Dembele zədə səbəbindən komandadan kənarda qalacaq.
90plus.az xəbər verir ki, Fransa millisinin üzvü UEFA Çempionlar Liqasının “Monako” ilə ilk pley-off oyununda baldır əzələsindən zədə alıb və bir neçə gün fərdi məşqlərlə bərpa olunacaq.
Dembele bu mövsüm PSJ-nin heyətində 25 rəsmi oyunda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved