PSJ-dən Lamin Yamal üçün mesaj: “Nəyin bahasına olursa olsun, istəyirik!”

Barselonanın parlayan ulduzu Lamin Yamal dünya futbol bazarında yeni transfer savaşının əsas hədəfinə çevrilib.
90plus.az xəbər verir ki, Fransanın nəhəng klubu Paris Sen-Jermen (PSJ) klubunun Qətərli sahibləri 17 yaşlı super istedadı istənilən qiymətə komandalarına qatmaq niyyətində olduqlarını bildiriblər.
Fransız jurnalist Romen Molina məlumat verir ki, Qətərli milyarderlərin bu məsələdə mövqeyi çox qətidir:
“Biz onu istəyirik, nə bahasına olursa olsun. Onu alacağımız gün gələcək. Onu yanımızda görmək istəyirik və bu bizim üçün vacibdir.”
Bu açıqlama PSJ rəhbərliyinin Lamin Yamal üçün maliyyə sərhədi tanımayacağını göstərir.
© Copyright 2025, All Rights Reserved