PSJ Donnarumanı satış siyahısına qoydu

PSJ “Lill”dən qapıçı Lukas Şevalyeni heyətinə qatdıqdan sonra Canluici Donnarumma ilə yollarını ayırmağı düşünür.
Sportal.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, “Mançester Yunayted” və “Çelsi” klubları İtaliya millisinin qapıçısını transfer etmək istəyir.
Paris təmsilçiləri müqaviləsinin bitməsinə bir il qalmış Donnarummanı sataraq ondan gəlir əldə etmək niyyətindədirlər. Klub 26 yaşlı qapıçı üçün 20-30 milyon avro aralığında təklif gözləyir.
Qeyd: Donnarumma 2021-ci ilin yayında PSJ-yə qoşulub. O, ötən mövsüm Liqa 1 komandasında 47 rəsmi oyunda forma geyinib.
© Copyright 2025, All Rights Reserved