PSJ finalda! Enrikenin adgünü hədiyyəsi oldu

PSJ Çempionlar Liqasının finalına yüksəlib "İnter"ə rəqib oldu.
90plus.az xəbər verir ki, yarımfinalın ilk oyunundan 1-0 üstünlüyə malik olan PSJ cavab matçında da keçilməz idi.
İlk qol Çempionlar Liqasında 1-ci dəfə fərqlənən Fabian Ruizdən gəldi. Daha sonra Aşraf Hakimi bu mövsüm PSJ-nin heyətində 21-ci qola töhfə verərək hesabı 2-0-a çatdırdı. Bukayo Sakanın "Arsenal"da yaratdığı ümid qığılcımı 76-cı dəqiqədə parladı, hesab 2-1 oldu. Amma bundan sonra oyunda qol səsi gəlmədi:
PSJ 2-1 Arsenal
(Ümumi hesab: 3-1)
Ruiz 27'
Hakimi 72'
Saka 76'
Qollar:
https://t.me/doxsanplus/102491
https://t.me/doxsanplus/102496
https://t.me/doxsanplus/102497
"Arsenal" komandasına cavab matçında da qalib gələn PSJ baş məşqçisi Luis Enrikeyə ad günü hədiyyəsi edərək qitənin ən nüfuzlu turnirinin finalına yüksəldi.
Münhendə keçiriləcək İnter ➖ PSJ finalı 31 may tarixində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved