PSJ futbolçuları Enrikeni ittiham edir! Film çəkilişi dayandı!
PSJ-də qalmaqal: Luis Enrike futbolçular tərəfindən ittiham olunur – Netflix sənədli filmi dayandırıldı.
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike klub daxilində yaranan vəziyyətə görə tənqid olunur. İddialara görə, bir neçə futbolçu və tanınmış agent ispaniyalı mütəxəssisi diqqət mərkəzində yalnız özünün olmaq istəməkdə günahlandırır.
Məlumata görə, PSJ haqqında çəkilməsi planlaşdırılan Netflix sənədli filmi də məhz bu səbəbdən hələlik dayandırılıb. Layihə klubun daxilində baş verən prosesləri, futbolçular arasındakı münasibətləri və yüksək təzyiq mühitini göstərməli idi.
Lakin layihə ilə əlaqəli prodüserlərdən biri bildirib ki, Luis Enrike bu cür sənədli filmin uğurlu olacağını düşünmür. Onun fikrincə, futbolçuların və klub daxilindəki problemlərin açıq şəkildə göstərilməsi komandaya mənfi təsir edə bilər.
Həmçinin bildirilir ki, Luis Enrike özünü mediada təqdim etməyi yaxşı bacarır və əvvəllər özü haqqında sənədli film də çəkilib. Bu səbəbdən bəzi futbolçular və agentlər onun diqqətin əsasən öz üzərində olmasını istədiyini düşünür.
Qeyd olunur ki, PSJ daxilində vəziyyətin bir qədər gərgin olduğu və bu məsələnin yaxın vaxtlarda klub rəhbərliyi tərəfindən müzakirə olunacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved