PSJ gözünü Lamin Yamala dikdi

PSJ Lamin Yamal üçün rekord təklif hazırlayır.
90plus.az xəbər verir ki, "Barselona"nın gənc istedadı Lamin Yamal Fransanın nəhəng klubu PSJ-nin transfer hədəfinə düşüb. Bildirilib ki, Paris klubu ispaniyalı vinger üçün rekord həcmdə transfer məbləği ödəməyə hazırdır.
PSJ 18 yaşlı hücumçunun transferi üçün 230 milyon avro təklif etməyi planlaşdırır.
Qeyd: Lamin Yamal "Barselona" futbol akademiyasının yetirməsidir. İspaniya millisinin də formasını geyinən gənc oyunçu bu mövsüm Kataloniya klubunun heyətində keçirdiyi 5 rəsmi oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved