PSJ “like”a görə Şevalyeyə izahat yazdırıb
PSJ rəhbərliyi qapıçı Luka Şevalyeni görüşə çağıraraq onun Fransanın sağ radikal partiyası olan Rassemblement Nationalı (RN) dəstəkləyən sosial şəbəkə paylaşımını bəyənməsi ilə bağlı izahat tələb edib.
90plus.az xəbər verir ki, 24 yaşlı qolkiper bu reaksiyaya təəccübləndiyini bildirib və bəyənmənin təsadüfi olduğunu deyib: “Məni faşist kimi göstərməyə çalışdınız. Ailəm məni dəyərlərlə və hörmət ruhunda böyüdüb. Mən heç vaxt belə düşünmərəm.”
L’Équipe bu barədə yazıb. Keçmiş mühafizəkar deputatlardan birinin RN-ə dəstək elan edən paylaşımı qısa müddətdə viral olub, daha sonra silinib.
Paris mənbələri təsdiqləyir ki, klub məsələni ciddi qəbul edib və Şevalyeni izahat vermək üçün çağırıb. PSJ oyunçularının ətrafında hər hansı siyasi mübahisənin yaranmasını istəmir.
Görüşdən sonra Şevalyenin klub üçün yazılı açıqlama təqdim etməsi gözlənilir, baxmayaraq ki o, artıq onlayn şəkildə bir açıqlama paylaşıb.
© Copyright 2026, All Rights Reserved