PSJ-nin futbolçusu Bakıya gəlməyəcək
Fransanın PSJ komandası ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, Fransa təmsilçisinin əsas oyunçularından biri — Dezire Due zədələnib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Gənc hücumçu Liqa 1-in 10-cu turunda “Loryan”la keçirilən səfər oyununda sağ ayağının bud əzələsindən xəsarət alıb. 20 yaşlı futbolçunun bir neçə həftə meydana çıxmayacağı bildirilib.
Bununla yanaşı, Due DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda Azərbaycan millisinə qarşı oynanılacaq matçda da komandasının heyətində yer ala bilməyəcək.
Qeyd: Dezire Due bu mövsüm PSJ-nin heyətində bütün turnirlər üzrə keçirdiyi 15 rəsmi oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved