PSJ-nin müdafiəçisi Qətərə yollandı

PSJ-nin təcrübəli müdafiəçisi Prensel Kimpembe karyerasını Qətərdə davam etdirəcək.
90plus.az xəbər verir ki, fransalı futbolçu "Qətər" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
30 yaşlı mərkəz müdafiəçisi Asiya təmsilçisi ilə 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq müqaviləyə imza atıb.
Qeyd: Kimpembe 2005-ci ildən etibarən PSJ-nin akademiyasının üzvü olub. Fransa millisinin keçmiş oyunçusu Paris klubunun əsas komandasında 241 rəsmi matçda meydana çıxıb, bu müddətdə 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved