PSJ-nin qapıçısı DÇ-a getməyə bilər - SƏBƏB
PSJ-nin qapıçısı Lyuka Şevalye dünya çempionatı ərəfəsində Fransa millisindəki mövqeyini itirə bilər.
90plus.az xəbər verir ki, o, Braziliya (2:1) və Kolumbiya (3:1) ilə keçirilən yoldaşlıq oyunlarına dəvət alsa da, hər iki qarşılaşmada ehtiyat oyunçular skamyasında qalıb.
Məlumata görə, baş məşqçi Didye Deşam Şevalyenin yığmada üçüncü qapıçı olacağını bildirib.
Qeyd: Fransalı qolkiper yanvarın 23-dən etibarən PSJ-nin heyətində meydana çıxmır. Dünya çempionatı isə iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
© Copyright 2026, All Rights Reserved