PSJ oynadı, “Liverpul” uddu! Alison Beker fərq yaratdı

Bu FUTBOLdur: PSJ: 28 zərbə; 10 dəqiq vuruş; 0 qol.
Liverpul: 2 zərbə; 1 dəqiq zərbə; 1 qol.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında Fransada qarşılaşan Avropanın iki nəhəng klubu - PSJ - Liverpul oyununda güclü oynayan ev sahibi, qalib gələn qonaqlar oldular. "Liverpul”dan Salahın yerinə oyuna girən Elliot qələbə qolunu vurdu:
PSJ 0 - 1 Liverpul
PSJ-dən Kvaranın qolu sayılmadı
Elliot 87’
Bu qol Elliotun bu mövsüm Ç/L- də 3-cü qoludur.
Qol: https://t.me/doxsanplus/99191
Dominantlıq ən yüksək səviyyədə:
“Liverpul” cari mövsüm Çempionlar Liqasında İngiltərə, İspaniya, Almaniya və Fransa klublarını qol buraxmadan məğlub edib:
Man Siti ( 2 dəfə)
Real Madrid
Bayer Leverkuzen
PSJ
Bu axşam PSJ-yə qarşı “Liverpool”da inanılmaz oynayan, 9 seyv edən Alisson Beker (32) matçın ən yaxşısı seçildi (9.2 oyun reytinqi).
Arne Slot Beker haqda: "Düşünmürəm ki, daha əvvəl bu səviyyəli qapıçı ilə çalışmışam. O, dünyanın ən yaxşı qapıçısıdır."
Qeyd: Tərəflərin cavab matçı 11 martda oynanılacaq.
© Copyright 2025, All Rights Reserved