PSJ oyunçusu Azərbaycanla matçdan danışdı

PSJ-li futbolçu: “Azərbaycanla matçda qalib gəlməliyik”.
90plus.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Ukrayna yığmasının oyunçusu İlya Zabarnı matç öncəsi açıqlama verib.
PSJ-nin müdafiəçisi ilk turda Fransaya 0:2 hesabı ilə uduzduqları görüşdən sonra Ukrayna Futbol Assosiasiyasının saytına danışıb:
“Əlbəttə, daha yaxşı nəticə əldə etmək istəyirdik. Amma hər şey geridə qaldı. Qarşıda vacib oyun var və biz yalnız qələbəyə köklənmişik”, – deyə Zabarnı qeyd edib.
Xatırlatma: Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüşün start fiti saat 20:00-da səslənəcək.
© Copyright 2025, All Rights Reserved