PSJ Qitələrarası kubokun sahibi oldu!
“Paris Sen-Jermen” tarixində ilk dəfə Qitələrarası Kuboku qazandı!
90plus.az xəbər verir ki, Fransa nəhəngi Qətərin paytaxtı Dohada keçirilən Qitələrarası Kubokun finalında Braziliyanın “Flamenqo” klubunu məğlub edərək turnirin qalibi olub.
“Al Rayyan” stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı və əlavə hissələri 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə daha soyuqqanlı olan PSJ 2:1 hesablı qələbə qazanıb. Həlledici seriyanın qəhrəmanı qapıçı Matvey Safonov olub.
Qollar: https://t.me/doxsanplus/112531
Safonovdan möhtəşəm performans
Penaltilər seriyasında PSJ-nin qapıçısı Matvey Safonov əsl şou göstərib. O, rəqibin dörd zərbəsini dəf edərək kuboku komandasına qazandırıb.
PSJ-də penalti qolları:
PSJ-də qaçıranlar:
“Flamenqo”da penalti qolu:
“Flamenqo”da qaçıranlar:
Beləliklə, “Paris Sen-Jermen” tarixində ilk dəfə Qitələrarası Kuboku qazanaraq klub tarixinə yeni uğur əlavə edib.
© Copyright 2025, All Rights Reserved