PSJ səfərdə “Nitsa”nı darmadağın etdi
Fransa Liqa 1-in növbəti turunda PSJ səfərdə “Nitsa” ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, görüş Paris təmsilçisinin tam üstünlüyü ilə keçib. Komanda rəqibini 4:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.
Matçda hesabı ilk hissənin sonlarına yaxın Nunu Mendeş penaltidən açıb. Fasilədən sonra isə PSJ üstün oyununu davam etdirib. Desire Due fərqi artırıb, daha sonra Dro Fernandes və Varren Zair-Emeri də fərqlənərək yekun hesabı müəyyənləşdiriblər.
Oyunun gedişində “Nitsa” azlıqda qalıb ki, bu da meydan sahiblərinin işini daha da çətinləşdirib.
Bu qələbə sayəsində PSJ turnir cədvəlində liderliyini davam etdirib və çempionluq uğrunda mübarizədə vacib addım atıb.
© Copyright 2026, All Rights Reserved