PSJ ukraynalı müdafiəçiyə "elçi düşüb"

"Bornmut" və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnının PSJ-yə transferi rəsmiləşib.
90plus.az xəbər verir ki, bu xəbəri insayder Fabritsio Romano X sosial şəbəkəsində paylaşıb.
Məlumata əsasən, Paris klubu ukraynalı futbolçu üçün bonuslarla birlikdə 67 milyon avro ödəyəcək.
Zabarnının tibbi baxışı avqustun 13-də, çərşənbə günü, UEFA Superkuboku çərçivəsində PSJ ilə "Tottenhem" arasında keçiriləcək matçdan öncə baş tutacaq.
Xatırlatma: Ötən mövsüm Zabarnı "Bornmut"un heyətində bütün yarışlarda 39 oyun keçirib və bir qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved