PSJ yeni müdafiəçi alır

PSJ İlya Zabarniyin transferini tamamlamağa yaxındır – rəsmiləşmə an məsələsidir.
90plus.az xəbər verir ki, Fransanın nəhəng klubu PSJ müdafiə xəttini gücləndirməyə çox yaxındır. Tanınmış jurnalist Fabrizio Romanonun məlumatına görə, Paris klubu İngiltərənin “Bornmut” komandasında çıxış edən İlya Zabarniyin transferini yekunlaşdırmaq üzrədir.
Mənbənin bildirdiyinə görə, klublar arasında müsbət danışıqlar aparılıb və yalnız bir neçə texniki detala aydınlıq gətirilməsi qalır.
Qeyd olunur ki, PSJ ilə 21 yaşlı ukraynalı müdafiəçi arasında 5 illik müqavilə ilə bağlı razılıq artıq may ayından mövcuddur. Bu da transferin daha da sürətləndiyini göstərir.
İlya Zabarniy 2023-cü ilin yanvarında “Dinamo Kiyev”dən “Bornmut”a transfer olunmuşdu. Premyer Liqada keçirdiyi çıxışlarla diqqət çəkən gənc müdafiəçi indi karyerasını Fransanın ən iddialı klublarından birində davam etdirməyə hazırlaşır.
© Copyright 2025, All Rights Reserved