Qaçdı dedilər, Ronaldo hamını şok etdi - FOTOLAR
90plus.az xəbər verir ki, "Əl-Nəsr"in ulduz futbolçusu Kristiano Ronaldonun İranın paytaxt Ər-Riyadda yerləşən ABŞ səfirliyinə pilotsuz uçuş aparatları ilə hücumundan sonra Səudiyyə Ərəbistanını ailəsi ilə birlikdə tərk etdiyi barədə iddialar yayılıb. Lakin bu xəbərlərə klub tərəfindən rəsmi cavab verilib.
Səudiyyə mətbuatında yer alan məlumatlara görə, portuqaliyalı futbolçu ölkədən qaçmayıb və dünən günorta saatlarında klubun bazasında olub. Bildirilir ki, o, məşqdən sonra zədəsi ilə əlaqədar müalicə və fizioterapiya seansları üçün tibbi klinikaya yollanıb.
Kristiano Ronaldo ötən şənbə günü Səudiyyə Ərəbistanı Pro Liqasında "Əl-Feyha" ilə keçirilən oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi. Futbolçunun zədəsinin müddəti və xarakteri hələ dəqiqləşməyib. Onun 7 mart tarixində "Neom"a qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra bəlli olacaq.
Klub rəsmilərindən biri bildirib ki, təcrübəli hücumçu məşqlərdən sonra bazada əlavə vaxt keçirir, fizioterapiya, güc və fərdi fiziki hazırlıq məşqləri yerinə yetirir. Bu isə futbolçunun komandaya bağlılığının göstəricisi kimi qiymətləndirilir.
Yayılan şayiələrə son qoymaq üçün "Əl-Nəsr" rəsmi sosial media hesabında Kristiano Ronaldonun məşq prosesindən fotolar paylaşıb və “Qayıdış üçün reabilitasiya” açıqlamasını verib.
Beləliklə, ulduz futbolçunun ölkəni tərk etməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi ortaya çıxıb.
© Copyright 2026, All Rights Reserved