Qadın güləşçimizdən Dünya çempionatında bürünc medal
Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı davam edir.
90plus.az xəbər verir ki, yarışın altıncı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Bu gün 18 yaşını qeyd edən Günay Qurbanova (59 kq) Azərbaycan millisinin aktivinə medal yazdırıb. Gənc və perspektivli idmançı italiyalı Aurora Russo üzərində “tuş”la qələbə qazanaraq dünya üçüncüsü olub.
Digər sərbəst güləşçilərimiz Maqomed-Başir Xaniyev (74 kq) və Sadiq Mustafazadə (92 kq) isə medal şanslarını əldən veriblər. Xaniyev almaniyalı Manuel Vaqinə 4:8 hesabı ilə, Mustafazadə isə özbək Şirzad Poyonova “tuş”la məğlub olub.
© Copyright 2025, All Rights Reserved