Qadın millimiz Litvanı uddu

Qadın futbol millimiz UEFA Millətlər Liqasında Litvanı məğlub etdi.
90plus.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Vilnüsdəki “Jalgiris” stadionunda 2:0 hesablı qələbə qazanıblar. Komandamızın qollarını Esra Manya və Nigar Mirzəliyeva vurub.
Qollar: https://t.me/doxsanplus/100705
Qeyd: İlk turda Monteneqro seçməsi ilə qolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbə ilə xallarının sayını 4-ə çatdırıblar. Millimiz növbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved