Qadın şahmatçımız Özbəkistanda hamını qabaqladı
Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilən IV Women's Chess Championship beynəlxalq turnirinin qalibi olub.
90plus.az xəbər verir ki, yarışda Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), eləcə də Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər qrossmeysterlər mübarizə aparıblar.
8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva birinci yeri tutub. Nana Dzaqnidze ikinci, Harika Dronavalli isə üçüncü pillədə qərarlaşıb.
Qeyd: Özbəkistandakı bu qələbə Ülviyyə Fətəliyeva üçün 2026-cı ildə ikinci böyük uğur olub. Şahmatçı ötən ay karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi adını qazanmışdı.
© Copyright 2026, All Rights Reserved