Qadınlar arasında AVRO-2025-in qalibi İngiltərə oldu
Qadınlar arasında 2025-ci il Avropa Çempionatının final oyununda İngiltərə millisi İspaniyaya qalib gələrək çempion adını qazanıb.
90plus.az xəbər verir ki, finalın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib – İngiltərə yığması rəqibini 3:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Qeyd: İngiltərə qadınlardan ibarət milli komandası bundan əvvəl 2022-ci ildə də Avropa çempionatının qalibi olmuşdu.
© Copyright 2026, All Rights Reserved