“Qalatarasay” Van Deykə doğru ilk addımı atdı
“Qalatasaray” Vircil van Deyk üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, “Qalatasaray” müdafiə xəttini gücləndirmək üçün yüksək səviyyəli transferə hazırlaşır.
“Fotomac”ın məlumatına görə, İstanbul klubu “Liverpul”un kapitanı Vircil van Deykin transferi üçün artıq ilkin əlaqə yaradıb və mümkün razılaşma istiqamətində danışıqlara başlayıb. Bu addım komandanın yay transfer pəncərəsində ciddi iddiasını göstərən siqnal kimi dəyərləndirilir.
Məlumata əsasən, Van Deykin “Enfild”lə müqaviləsi 2027-ci ilə qədər davam etsə də, niderlandlı müdafiəçi karyerasının növbəti mərhələsində yeni variantları dəyərləndirməyə açıqdır.
Bildirilir ki, “Qalatasaray” artıq rəsmi danışıqlara start verib və transferin mümkünlüyünü araşdırır. Klubun məqsədi müdafiə xəttinə liderlik keyfiyyətinə malik, yüksək təcrübəli bir futbolçu qazandırmaqdır
Van Deyk hazırda “Liverpul”un əsas oyunçularından biri olsa da, İstanbulda aparıcı rol və uzunmüddətli layihənin mərkəzində olmaq ehtimalı onun üçün cəlbedici seçim kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved