"Qalatasaray" azarkeşilərinə ŞOK- "Liverpul"la oyunda olmayacaqlar
UEFA Çempionlar Liqasının son 1/8 final mərhələsinin cavab oyununda 18 mart tarixində səfərdə "Liverpul"un qonağı olacaq "Qalatasaray"a UEFA tərəfindən ciddi cəza verilib. Qurum "Yuventus"la keçirilən oyunda baş verən azarkeş insidentlərinə görə İstanbul təmsilçisini cəzalandırıb.
90plus.az xəbər verir ki, UEFA İntizam Komitəsinin qərarına əsasən, "Qalatasaray" 40 min avro məbləğində cərimələnib və növbəti səfər matçını azarkeşsiz keçirməli olacaq. Bu qərar Çempionlar Liqasının son 16 mərhələsində "Liverpul"a qarşı İngiltərədə keçiriləcək cavab görüşünə şamil olunacaq.
Klubun yaydığı açıqlamada bildirilir:
“25.02.2026 tarixində səfərdə "Yuventus"la keçirdiyimiz UEFA Çempionlar Liqası oyununda yaşanan azarkeş hadisələrinə görə UEFA İntizam Komitəsi tərəfindən klubumuza 40 min avro məbləğində cərimə və növbəti səfər oyununda azarkeşsiz oynama sanksiyası tətbiq olunub. Qərardan UEFA Apellyasiya Komitəsinə şikayət ediləcək.”
Beləliklə, "Qalatasaray" azarkeşləri 18 mart tarixində İngiltərədə keçiriləcək "Liverpul"la oyunda tribunada yer ala bilməyəcəklər. İlk oyun isə 10 mart tarixində İstanbulda baş tutacaq.
Bu qərar sarı-qırmızılı camiədə ciddi narazılıqla qarşılanıb və klubun apellyasiya müraciətinin nəticəsi maraqla gözlənilir.
© Copyright 2026, All Rights Reserved