"Qalatasaray" "Barselona"dan futbolçu alır
"Qalatasaray" yay transfer dönəmi üçün hazırlıqlarını davam etdirir.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi "Barselona" klubunun müdafiəçisi Andreas Kristensen ilə maraqlanır.
Məlumata görə, 29 yaşlı danimarkalı futbolçu müqaviləsini yeniləməyə isti yanaşmır. Bu mövsüm yaşadığı zədələr səbəbindən əsas heyətdə yer tapmaqda çətinlik çəkən Kristensenin klubdakı mövqeyini itirdiyi bildirilir.
Kataloniya klubunun rəhbərliyi isə müdafiə xəttində gəncləşdirmə siyasəti aparmaq niyyətindədir və bu səbəbdən təcrübəli stoperlə yolların ayrılması ehtimalı yüksək qiymətləndirilir.
Bu vəziyyətdən yararlanmaq istəyən "Qalatasaray"ın futbolçu üçün cəlbedici təklif hazırladığı və transferdə əsas namizədlərdən biri olduğu qeyd olunur.
Cari mövsümdə "Barselona" forması ilə 17 rəsmi oyuna çıxan Andreas Kristensen 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved