“Qalatasaray” Bernardo Silva ilə danışıqlarda
“Qalatasaray” Bernardo Silva üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, “Qalatasaray” yay transfer pəncərəsi üçün səs-küylü bir addım atmağa hazırlaşır. İstanbul klubu Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silvanı azad agent kimi heyətinə qatmaq məqsədilə ilkin danışıqlara başlayıb.
Məlumata görə, Bernardo Silva ilə “Mançester Siti”də uzun illər birgə çıxış etmiş İlkay Gündoğan futbolçu ilə əlaqə saxlayıb və ona “Qalatasaray”ın layihəsi barədə yüksək fikirlərini çatdırıb. İki futbolçu İngiltərə klubunda oynadıqları dövrdən yaxın dost münasibətlərinə malikdir.
“Qalatasaray” rəhbərliyi Bernardo Silva kimi ulduz futbolçunu transfer etməklə həm Avropa arenasında iddialı olmaq, həm də heyətin keyfiyyətini ciddi şəkildə artırmaq niyyətindədir.
Qeyd: 30 yaşlı yarımmüdafiəçinin gələcəyi ilə bağlı yekun qərarın yay aylarında verilməsi gözlənilir.
🔗 Mənbə: Nico Schira
© Copyright 2026, All Rights Reserved