"Qalatasaray" bu futbolçunu heyətdə saxlayacaq
"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Lemina ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi qabonlu yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir.
Məlumata görə, "sarı-qırmızılar" 32 yaşlı futbolçu ilə müqaviləni daha 1 il uzadacaq.
Qeyd: Mario Lemina 2025-ci ilin yayında "Vulverhempton"dan "Qalatasaray"a transfer olunub. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə 33 rəsmi matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved