“Qalatasaray” Fabian Ruis üçün hərəkətə keçib
“Qalatasaray” PSJ-dən Fabian Ruisin transferi üçün hərəkətə keçib.
90plus.az xəbər verir ki, Türkiyə nəhəngi yarımmüdafiə xəttini ciddi şəkildə gücləndirməyi planlaşdırır.
İspaniyalı futbolçu artıq bu qış PSJ-ni tərk edə bilər.
Detallar: Jurnalist Ekrem Konurun rəsmi X sosial şəbəkə hesabında yaydığı məlumata görə, Türkiyənin aparıcı klubu “Qalatasaray” 29 yaşlı ispan yarımmüdafiəçi Fabian Ruisin transferi ilə bağlı PSJ ilə əlaqə saxlayıb.
Bildirilir ki, hələlik rəsmi təklif yoxdur, lakin “Qalatasaray” futbolçunu yayadək icarəyə götürmək və müqaviləyə satınalma opsiyası daxil etmək istəyir.
Hazırda tərəflər arasında ilkin danışıqlar aparılır.
Bu mövsüm Fabian Ruis PSJ-nin heyətində 21 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Futbolçunun PSJ ilə mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Transfermarkt portalına görə onun bazar dəyəri 40 milyon avro təşkil edir.
© Copyright 2026, All Rights Reserved