"Qalatasaray" əfsanəsinin oğlunu transfer edir
Rumıniya yığmasının və “Alanyaspor”un üzvü olan Yanis Haci ilə bağlı transfer xəbərləri yenidən aktuallaşıb.
90plus.az xəbər verir ki, “Qalatasaray” mövsüm başa çatdıqdan sonra futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.
“Sarı-qırmızılılar” artıq oyunçunun durumunu diqqətlə izləyir və yay transfer dönəmində rəsmi addımlar atmağa hazırlaşır.
Yanis 2027-ci ilin 30 iyun tarixinə qədər “Alanyaspor”la müqaviləyə malikdir. Klub rəhbərliyinin yaxın vaxtlarda bu məsələ ilə bağlı müzakirələrə start verəcəyi ehtimal olunur.
Yanis Haci “Qalatasaray”ın əfsanəvi futbolçusu Georgi Hacinin oğludur. O, karyerası ərzində “Vitorul”, “Fiorentina”, “Genk”, “Reyncers” və “Alaves” komandalarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved