"Qalatasaray" İstanbul derbisindən 3 xalla ayrıldı
Süper Liqanın 25-ci turunda “Qalatasaray” səfərdə “Beşiktaş”ı 1:0 hesabı ilə məğlub edib. Yalnız qol 39-cu dəqiqədə Viktor Osimhen tərəfindən vurulub.
90plus.az xəbər verir ki, Tüpraş Stadionunda keçirilən qarşılaşma sərt keçib. “Beşiktaş”da 3, “Qalatasaray”da isə 7 oyunçu sarı kart, 1 oyunçu isə qırmızı kart alıb. 62-ci dəqiqədə VAR qərarı ilə Leroy Sane qırmızı kartla meydandan çıxarılıb.
Bu qələbə “Qalatasaray”ın bu mövsüm liqada ilk derbi qələbəsi olub və komanda xallarını 61-ə yüksəldib. “Beşiktaş” isə uzun müddətli məğlubedilməzlik seriyasına son qoyaraq 46 xalla qalıb.
© Copyright 2026, All Rights Reserved