"Qalatasaray" liderliyi əldən vermir

Super Liqanın 5-ci turunda "Qalatasaray", "İstanbul Atatürk Olimpiya Stadionu"nda keçirilən oyunda "Eyüpspor"u 2:0 hesabı ilə məğlub edərək qələbə seriyasını davam etdirdi.
90plus.az xəbər verir ki, "Eyüpspor" zaman-zaman dirəniş göstərsə də, xüsusilə Barış Alper Yılmazın meydana daxil olmasından sonra "aslanlar" oyuna tam nəzarəti ələ aldı.
İstanbul nəhəngi "Qalatasaray"a qələbə gətirən qolları Mauro İkardi və Yunus Akgün vurdu. Bu nəticə ilə "sarı-qırmızılılar" liqada beş oyunun beşində də qalib gələrək xalını 15-ə çatdırdı və liderliyini qorudu.
Digər tərəfdən, "Eyüpspor" isə 4 xalla turnir cədvəlində geri sıralarda qaldı.
“Qalatasaray”dan 5-də 5:
Səfərdə: Qaziantep FK
Evdə Fatih Karagümrük
Səfərdə Kayserispor
Evdə Çaykur Rizəspor
Səfərdə Eyüpspor.
Eyüpspor 0-2 Qalatasaray
M. Icardi 73'
Y. Akgün 89'
Qollar:
https://t.me/doxsanplus/107530
https://t.me/doxsanplus/107532
© Copyright 2025, All Rights Reserved