"Qalatasaray" "Man Yunayted"in futbolçusunu alır
Manuel Uqarte mövsüm başa çatdıqdan sonra "Mançester Yunayted"dən ayrılmağa yaxındır.
90plus.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi daha çox oyun praktikası qazana biləcəyi başqa kluba keçmək niyyətindədir. Bu barədə “Daily Mail” nəşri xəbər yayıb.
Uqarte karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. "Qalatasaray" 24 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. İstanbul təmsilçisinin skautları artıq uzun müddətdir ki, onu yaxından izləyir.
Bundan əlavə, "Napoli", "Ayaks" və "Yuventus" da dayaq yarımmüdafiəçisinə maraq göstərən klublar sırasındadır.
"Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 23 rəsmi oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
© Copyright 2026, All Rights Reserved