"Qalatasaray" müdafiəçisini İstanbul klubuna göndərdi
“Qalatasaray” müdafiəçi Kazımcan Karataşı icarə əsasında başqa kluba göndərib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli futbolçunu “Başakşehir”ə icarəyə verib. Bu barədə “HT Spor” xəbər yayıb.
23 yaşlı sol cinah müdafiəçisi mövsümün ikinci yarısında “Başakşehir”in formasını geyinəcək.
Xatırlatma: “Qalatasaray” Kazımcan Karataşı 2022-ci ilin yayında “Altay” klubundan 1,4 milyon avro qarşılığında transfer etmişdi. Futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində çıxdığı 13 rəsmi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved