“Qalatasaray” Superkubokun mükafatlandırma mərasimində iştirak etmədi.
Xəbər verdiyimiz kimi bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Həlledici görüşdə “Fənərbağça” “Qalatasaray” üzərində 2:0 hesablı qələbə qazanıb.
“Qalatasaray” oyundan sonra keçirilən mükafatlandırma mərasimində iştirak etməyib.
Buna səbəb kimi isə matçdan əvvəl İstanbul klubunun sabiq futbolçusu Gökmen Özdenakın vəfatı ilə əlaqədar keçirilən 1 dəqiqəlik sükut zamanı rəqib azarkeşlərin səsləndirdiyi şüarlar göstərilib.
© Copyright 2026, All Rights Reserved