"Qalatasaray" Niderlanddan futbolçu alır
"Qalatasaray"ın yeni transfer hədəfi müəyyənləşib.
90plus.az xəbər verir ki, Türkiyə çempionu "Neymegen"in futbolçusu Kodai Sano ilə maraqlanır.
İddialara görə, İstanbul təmsilçisi 22 yaşlı yarımmüdafiəçini mövsüm başa çatdıqdan sonra heyətinə qatmağı planlaşdırır.
Yaponiya millisinin üzvü olan Sanonun "Neymegen" klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
Futbolçu daha əvvəl "Yonaqo Kita" və "Fagiano Okayama" (hər ikisi Yaponiya) komandalarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved