“Qalatasaray” Osimhen üçün 75 milyonu ortaya qoydu

“Qalatasaray” “Napoli”nin hücumçusu Viktor Osimhen üçün təklifini 75 milyon avroya qaldırıb — bu məbləğ futbolçunun sərbəst qalma məbləğini tam qarşılayır. Lakin məşhur insayder Fabrisio Romanoya görə, İstanbul klubu ödənişi beş ilə bölərək hissə-hissə ödəməyi təklif edir.
90plus.az xəbər verir ki, son qərar indi “Napoli”yə məxsusdur — italiyalılar tam nağd ödəniş variantını üstün tuta bilərlər.
26 yaşlı nigeriyalı hücumçu bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edərək 41 oyunda 37 qol vurub və 8 assist edib.
O, şəxsi şərtləri qəbul edib və müqavilə 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
Digər tərəfdən, “Al-Hilal” 75 milyon avronu birbaşa nağd ödəməyə hazırdır ki, bu da “Qalatasaray”ın şansını çətinləşdirir.
“Yuventus” və Premyer Liqa klubları da vəziyyəti yaxından izləyir.
© Copyright 2025, All Rights Reserved