“Qalatasaray” Osimhen üçün “Napoli” ilə razılaşdı

Alfredo Pedullanın məlumatına görə, “Qalatasaray” və “Napoli” Viktor Osimhenin transferi ilə bağlı xüsusi maddə üzərində razılığa gəliblər.
90plus.az xəbər verir ki, razılaşmaya əsasən, “Napoli” növbəti iki mövsüm ərzində nigeriyalı hücumçunu başqa heç bir kluba sata bilməyəcək.
İtaliya mediası yazır ki, “Qalatasaray”ın bu maddəni qəbul etdiyini təsdiqləyən bir e-poçt jurnalistlər tərəfindən ələ keçirilib.
Transferin ümumi dəyəri 75 milyon avro təşkil edir. Ödəniş iki hissə şəklində həyata keçiriləcək: 40 milyon avro bank zəmanəti ilə birinci mərhələdə, qalan 30 milyon avro isə 2026-cı ilə qədər ödənəcək.
Hər iki klub razılığa gəlib və bu o deməkdir ki, Viktor Osimhen “Napoli”dən ayrılaraq “Qalatasaray”a keçməyə hazırlaşır.
© Copyright 2025, All Rights Reserved