"Qalatasaray" sabiq "Arsenal"lını transfer edir
"Qalatasaray" yay transfer dönəmində heyətini isveçrəli futbolçu ilə gücləndirməyi planlaşdırır.
90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Qranit Cakadan gedir.
Türkiyə çempionunun baş məşqçisi Okan Buruk yarımmüdafiənin mərkəzini məhz bu oyunçu ilə gücləndirməyi klub rəhbərliyindən tələb edib.
Hazırda "Sanderlend"in formasını geyinən 33 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir.
Məlumata görə, İngiltərə təmsilçisi İsveçrə millisinin üzvü üçün təxminən 10 milyon avro məbləğində təzminat tələb edə bilər. Bu halda "Qalatasaray" futbolçunu icarə əsasında heyətinə qatmağa çalışacaq.
Təcrübəli yarımmüdafiəçi karyerası ərzində "Bazel", "Borussiya" (Münhenqladbax), "Arsenal" və "Bayer" (Leverkuzen) kimi klubların da formasını geyinib.
© Copyright 2026, All Rights Reserved