"Qalatasaray" son anda "Dortmund"un qapısını döydü
“Qalatasaray” Rami Bensebaini üçün son dəqiqə transfer cəhdi edib.
90plus.az xəbər verir ki, Türkiyə transfer pəncərəsinin bağlanmasına bir neçə dəqiqə qalmış, “Qalatasaray” təcrübəli müdafiəçi Rami Bensebainini heyətinə qatmaq üçün son dəqiqə cəhdi edib. Klub artıq konkret danışıqlara başlayıb və oyunçunu heyətinə qatmaqda maraqlıdır.
Transfer eksperti Nikolo Şiranın məlumatına görə, Əlcəzair millisinin üzvü “Qalatasaray”ın transfer siyahısında ilk sıradadır. Bensebaini 2023-cü ilin yayında “Borussiya Mönxengladbach”dan “Borussiya Dortmund”a keçib və müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Lakin Dortmunddakı idman vəziyyəti mürəkkəbləşib. Afrika Kubokunda Əlcəzairi təmsil etdikdən sonra Bensebaini Bundesliqada oynaya bilməyib və mövsümün son transfer pəncərəsində potensial namizədə çevrilib.
© Copyright 2026, All Rights Reserved