“Qalatasaray” uddu, Osimhendən qol seriyası
“QALATASARAY” RİZEDƏ ŞOU GÖSTƏRDİ — ASLAN ZİRVƏ YÜRÜŞÜNÜ DAVAM ETDİRİR.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasında “Qalatasaray” “Rizespor” səfərində inamlı qələbə qazanıb. Sarı-qırmızılar Rizedə keçirilən oyunda rəqibini 3:0 hesabı ilə məğlub edərək həm forma, həm də iddia nümayiş etdiriblər:
Rizespor 0 - 3 Qalatasaray
B. Yılmaz 19’
Y. Akgün 62’
V. Osimhen 73’
Bu nəticə ilə “Qalatasaray”ın Rize səfərindəki qələbə seriyası 8 matça yüksəlib.
Qarşılaşmanın maraqlı məqamlarından biri Viktor Osimhenin meydanda qardaşları Adedire Awokoya və İbrahim Olawoyi ilə üz-üzə gəlməsi olub. Nigeriyalı ulduz bu dueldən də qalib ayrılıb.
Futbolda “qardaş qapıçısı” anlayışı yoxdur —burada hər şey peşəkarlıq və biznesdir.
Osimhen dayanmır! Ulduz hücumçu Super Liqada son 5 oyunun hamısında qol vurub (ümumilikdə 6 qol). Bu, onun “Qalatasaray” karyerasındakı ən uzun qol seriyasıdır.
Turnir cədvəlində vəziyyət:
1. Qalatasaray — 52 xal
2. Fənərbağça — 46 xal
© Copyright 2026, All Rights Reserved