"Qalatasaray" "Yuventus"la oyuna bu futbolçusuz çıxacaq
"Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında öz meydanında "Yuventus"u qəbul edəcək.
90plus.az xəbər verir ki, Mario Lemina bu vacib oyunda komandasına kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Okan Buruk açıqlama verib. Qabonlu yarımmüdafiəçi zədə səbəbindən oynamayacaq. 32 yaşlı futbolçunun cavab matçına qədər tam hazır vəziyyətə gələcəyi gözlənilir.
Mario Lemina cari mövsümdə İstanbul klubunun heyətində 27 rəsmi görüşdə iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Qalatasaray” – “Yuventus” oyunu 17 fevral tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
© Copyright 2026, All Rights Reserved