"Qalatasaray"da ciddi itki - Barmağı qırıldı
UEFA Çempionlar Liqasının son 16 turunun cavab oyununda “Qalatasaray”ın “Liverpul”a qarşı səfər matçında şok hadisə baş verib.
90plus.az xəbər verir ki, görüşün ilk hissəsində zədələnən Viktor Osimhenin əvəzinə ikinci yarının əvvəlində meydana daxil olan Noa Lanq 80-ci dəqiqədə ciddi xəsarət alıb. Hücum zamanı kənar xətt boyunca hərəkət edən niderlandlı futbolçunun ayağı sürüşüb və o, sürətlə reklam lövhələrinə çırpılıb.
Toqquşmanın təsirindən futbolçunun əlində ağır zədə yaranıb və qanaxma müşahidə olunub. Noa Lanq oyunu davam etdirə bilməyib və onun əvəzinə Mauro İkardi meydana daxil olub.
“Qalatasaray”ın tibbi heyətinin verdiyi məlumata görə, Noa Lanqın barmağı qopub. Hadisə komandada ciddi narahatlıq yaradıb.
© Copyright 2026, All Rights Reserved