"Qalatasaray"da Ederson transferində son olaylar

"Qalatasaray" "Mançester Siti"nin qapıçısı Edersonun transferi üçün çalışmalarını davam etdirir.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı qolkiperin keçidi ilə bağlı İngiltərə klubuna rəsmi təklif ünvanlayıb.
Bu barədə məşhur futbol insayderi Fabrisio Romano məlumat yayıb.
"Sarı-qırmızılar" Ederson üçün 10 milyon avro dəyərində təklif göndərib. Lakin Premyer Liqa klubu bu məbləği yetərli hesab etməyib və 31 yaşlı qapıçını daha yüksək qiymətə satmaq niyyətindədir.
Edersonun arzusu isə "Qalatasaray”a transfer olmaqdır.
“Mançester Siti” ilə “Qalatasaray” arasındakı danışıqlar sona yaxınlaşdığı üçün futbolçu heyətə salınmayıb.
"Mançester Siti” “Qalatasaray”ın göndərdiyi 10 milyon avroluq təklifi artırmağı tələb edib.
Qeyd: "Qalatasaray" bir müddət əvvəl Braziliya millisinin üzvü ilə şəxsi müqavilə şərtlərində razılıq əldə edib.
Xatırlatma: Ederson 2017-ci ilin yayında "Benfika"dan "Mançester Siti"yə transfer olunub. Təcrübəli qolkiperin "şəhərlilər"lə müqaviləsi gələn il, 30 iyun tarixində başa çatacaq.
© Copyright 2025, All Rights Reserved