“Qalatasaray”da sensasiya: Donarumma hədəfdə!

“Qalatasaray”dan sensasion plan — hədəfdə Donnarumma var!
90plus.az xəbər verir ki, transfer dövründə qapıçı axtarışlarını davam etdirən “Qalatasaray” yeni və olduqca iddialı hədəfini müəyyənləşdirib. Türkiyə mediasında Haluk Yüreklinin yaydığı məlumata görə, İstanbul klubu PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer etmək niyyətindədir.
“Cim-Bom” daha əvvəl “Mançester Siti”nin qolkiperi Ederson üçün cəhd göstərmiş, lakin bu transfer baş tutmamışdı. İndi isə diqqət Paris klubunun 26 yaşlı qapıçısına yönəlib. Donnarumma PSJ-nin yeni müqavilə təklifini rədd edib və hazırkı müqaviləsinin başa çatmasına cəmi 1 il qalıb.
Fransa mediası, o cümlədən “L’Équipe”, PSJ-nin Donnarummanı bu yay satmaq istədiyini yazır. Klub onu müqavilə bitmədən göndərməklə həm qazanc əldə etmək, həm də gələcək planlara yer açmaq niyyətindədir.
Əgər Donnarumma komandadan ayrılarsa, Paris təmsilçisinin onun əvəzində “Lill”in gənc və perspektivli qapıçısı Lukas Şevalyeni transfer etməyi planlaşdırdığı bildirilir.
Hazırda “Qalatasaray”ın Donnarumma üçün rəsmi təklif verməyə hazırlaşdığı vurğulanır. Bu transfer reallaşsa, son illərin Türkiyə futbolundakı ən səs-küylü gedişlərindən biri olacaq.
© Copyright 2025, All Rights Reserved