"Qalatasaray"dan çılğın transfer - "Man Yunayted"in kapitanı...
"Qalatasaray"ın transfer gündəmi ilə bağlı səs-küylü iddia ortaya atılıb.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in portuqaliyalı ulduzu Bruno Fernandesi heyətinə qatmaq istəyir.
Məlumata görə, “sarı-qırmızılılar” təcrübəli yarımmüdafiəçi üçün təxminən 60 milyon avro təklif etməyə hazırlaşır. Bildirilir ki, İngiltərə klubu yenidən qurulma prosesində olduğu üçün futbolçunun ayrılığına müsbət yanaşa bilər.
Həmçinin qeyd olunur ki, Bruno Fernandesin yay təlim-məşq toplanışına çatdırılması üçün "Qalatasaray"ın yaxın zamanda rəsmi danışıqlara başlaması gözlənilir.
Qeyd: 31 yaşlı futbolçu bu mövsüm "Mançester Yunayted" forması ilə 30 oyuna çıxaraq 8 qol və 17 məhsuldar ötürmə ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved