"Qalatasaray"lı futbolçu bir "Beşiktaş"lı tərəfindən aldadıldı

"Qalatasaray"ın belçikalı futbolçusu Mişi Batşuayi aldadılıb.
90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Beşiktaşda məsləhət xidməti göstərən şəxs tərəfindən aldadılıb.
O, 6 aylıq ev və avtomobil kirayəsi üçün 200 min avro ödədiyini, lakin bu pulun Hüseyn.B tərəfindən mənimsənildiyini bildirib.
Batşuayinin şikayətindən sonra Hüseyn.B saxlanılıb. O, dindirildikdən sonra şərti azadlığa buraxılıb.
© Copyright 2025, All Rights Reserved