“Qalatasaray”la matç Allisona baha başa gəldi: 6 həftəlik olmayacaq

“Liverpul”un ulduz qapıçısı Alisson Bekker “Qalatasaray” qarşısında aldığı zədə səbəbindən təxminən 6 həftə meydandan kənarda qalacaq.
90plus.az xəbər verir ki, Braziliya millisinin 1 nömrəli qapıçısı çərşənbə axşamı İstanbulda keçirilən oyunda bud əzələsindən zədə alıb.
33 yaşlı futbolçu son mövsümlərdə tez-tez zədələnsə də, bu dəfə ən azı bir aydan çox meydana qayıda bilməyəcək və böyük ehtimalla yalnız yığma matçlarından sonra sıraya dönəcək.
Amma “Liverpul” üçün sevindirici xəbər odur ki, bu mövsümün ən yaxşı bombardiri Uqo Ekitike şənbə günü “Çelsi”yə qarşı oyuna dönə bilər. O, “Qalatasaray”la görüşdə zədələnmişdi. “Daily Mail Sport”un yazdığına görə, Ekitike ciddi problem yaşamadığına əmindir və Londona yollanmağa hazırdır.
Bununla belə, Alison həmin səfərdə iştirak etməyəcək. Yayda “Valensiya”dan 29 milyon funt qarşılığında alınan gürcü qapıçı Giorgi Mamardaşvili Premyer Liqada debüt etməyə hazırlaşır.
Alison həmçinin 19 oktyabrda “Mançester Yunayted”ə qarşı keçiriləcək görüşdə, eləcə də noyabrın 4-də “Enfild”də “Real Madrid”lə Çempionlar Liqasındakı matçda və 5 gün sonra “Mançester Siti” ilə həlledici Premyer Liqa qarşılaşmasında da iştirak edə bilməyəcək.
Allisonun böyük ehtimalla buraxacağı matçlar:
Son iki mövsümdə Alison zədə və xəstəlik səbəbindən Premyer Liqada 20 oyun buraxıb. Məhz buna görə də “Liverpul” yüksək qiymətləndirilən Mamardaşvilini transfer etməklə uzunmüddətli planlamaya start verib.
© Copyright 2025, All Rights Reserved