"Qalatasaray" 20 milyonluq futbolçunu kənarda qoydu

"Qalatasaray" Qabriel Saranın xidmətlərindən istifadə edə bilməyəcək.
90plus.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off turunda İsveçrə klubu "Yanq Boyz"la qarşılaşacaq.
Matç 21 avqust saat 23:00da oynanılacaq.
"Qalatasaray" bu matçda yeni transfer Qabriel Saranın xidmətlərindən istifadə edə bilməyəcək. Buna səbəb Saranın həyat yoldaşının hamilə olmasıdır. Artıq doğum dövründə olmasından Sara yoldaşını tək qoymaq istəməyib.
Qeyd: Sarı-qırmızılı komanda Qabriel Saranı bu il "Norviç"dən 20 milyon avroya transfer etmişdi.
© Copyright 2025, All Rights Reserved