"Qalatasaray"ın baş məşqçisi Premyer Liqa klubuna yazıldı
"Tottenhem" yeni mövsüm öncəsi baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, London klubunun əsas namizədlərindən biri hazırda "Qalatasaray"ı çalışdıran Okan Burukdur.
Məlumata görə, Premyer Liqa təmsilçisi türkiyəli mütəxəssislə yaxın zamanda danışıqlara başlayacaq. Okan Burukla yanaşı, İtaliyanın "Latsio" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubları da maraqlanır.
Qeyd: Okan Buruk 2022-ci ilin yayından "Qalatasaray"ın baş məşqçisidir. Onun rəhbərliyi altında İstanbul təmsilçisi ardıcıl üç mövsüm Türkiyə çempionu olub və hazırda da Super Liqada lider mövqedə qərarlaşıb. 52 yaşlı mütəxəssisin klubla müqaviləsi mövsümün sonunda başa çatır.
© Copyright 2026, All Rights Reserved