"Qalatasaray"ın futbolçusu millidə zədələndi
"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara zədələnib.
90plus.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi Braziliya millisinin düşərgəsində sol ayağının topuq nahiyəsindən xəsarət alıb. Onun vəziyyəti bu gün keçiriləcək tibbi müayinədən sonra dəqiqləşəcək.
Qeyd: "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avro qarşılığında heyətinə qatıb. Təcrübəli futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində keçirdiyi 39 rəsmi oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved