"Qalatasaray"ın futbolçusu Premyer Liqa klubunun "radarında"

Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Qabriel Sara yenidən İngiltərə futboluna qayıda bilər.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “Aston Villa” 26 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir.
İngiltərə klubu braziliyalı futbolçu üçün 20 milyon avro təklif etməyə hazırdır.
Xatırlatma: Qabriel Sara 2022–2024-cü illər arasında İngiltərənin “Norviç” klubunda forma geyinib. Hazırda isə onun “Qalatasaray”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved